“Mən,
sən, o və telefon”
Xalq yazıçısı
Anarın kitabı özbək dilində çap edilib
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində
fəaliyyət göstərən
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
(AMM) təşəbbüsü ilə Daşkənddəki
“Davr press” nəşriyyat
evində Azərbaycanın
Xalq yazıçısı
Anarın “Mən, sən, o və telefon” adlı kitabı özbək dilində çap edilib.
“Dünya ədəbiyyatı
xəzinəsi” seriyasında
çap olunan kitabın tərcüməçisi
Usman Kuçkar, məsləhətçisi AZƏRTAC-ın Orta Asiya
və Pakistan üzrə
müxbiri Qulu Kəngərli, “ön söz”ün müəllifi
AMM-in direktoru Samir Abbasovdur.
Kitaba yazıçının “Dantenin
yubileyi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Dədə
Qorqud” və digər əsərləri
salınıb. Nəşrdə yazıçının hikmətli
sözləri, Anarın
həyat və yaradıcılığının mühüm dövrləri,
habelə ədib haqqında görkəmli şəxslərin fikirləri
yer alıb.
Kitabın Özbəkistanın aparıcı
kitabxanalarına, elmi və tədris müəssisələrinə paylanılması
nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.15.