50 min dollarlıq “Nar”
Azərbaycanlı rəssamın əsəri
Tokio incəsənət yarmarkasında
satılıb
Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı əsəri Yaponiya paytaxtında keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb.
Bu barədə rəssam özü məlumat verib.
O qeyd
edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb. Əsər 2015-ci ilin noyabrında
Nyu-Yorkda beynəlxalq incəsənət yarmarkasında
da nümayiş olunmuşdu.
Vüqar Muradov 1967-ci ildə Bakı şəhərində
anadan olub. 1986-cı ildə
Ə.Əzimzadə adına Dövlət
Rəssamlıq Məktəbini
bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvüdür. Müxtəlif beynəlxalq və yerli sərgi, simpoziumların iştirakçısıdır.
Əsərləri ABŞ, Türkiyə, İtaliya, Fransa, Almaniya, Niderland, Belçika, Lüksemburq, İran və s. ölkələrdə nümayiş
olunub, şəxsi kolleksiyalarda saxlanılır.
Ötən ay Bakıda, Muzey Mərkəzində fırça
ustasının “Rənglərin
formulu” sərgisi keçirilib.
Qeyd edək ki,
hazırda rəssamın əsərləri Antalyada
keçirilən “Expo 2016” rəsm sərgisində
nümayiş olunur.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.16.