Gürcüstanda şərabçılıq turizmi üzrə beynəlxalq konfrans

 

 

Sentyabrın 7-dən 9-dək Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı Gürcüstan Milli Turizm Administrasiyasının birgə əməkdaşlığı ilə Kaxetiya bölgəsində Şərabçılıq Turizmi I Qlobal Konfransını keçirəcək. Bu barədə məlumat Dünya Turizm Təşkilatının saytında yer alıb.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai konfransla bağlı deyib: “Şərabçılıq turizmi tələbatın şaxələndirilməsi üçün böyük imkanlar yaradır. Bu baxımdan Gürcüstanda mövcud potensial yaxşı məlumdur. Çox məmnunuq ki, DTT-nin Şərabçılıq Turizmi I Qlobal Konfransını bu ölkədə keçiririk”.

Özünəməxsus və dinamik formatda təşkil olunacaq bu konfransın sessiyaları müxtəlif şərabçılıq zavodlarında keçiriləcək. İştirakçılara ekspertlərlə diskussiyalarda iştirak etmək imkanı yaradılacaq.

Qeyd edək ki, konfransda Azərbaycan da təmsil olunacaq. Ölkəmizdə bir neçə ildir ki, “Şərab turuturizm marşrutu fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.3.