Milli Azərbaycan Tarixi
Muzeyində almaniyalı qonaqla görüş
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Almaniyanın İncəsənət və Din Mədəniyyəti Muzeyinin direktoru Anya Şöne ilə görüş keçirilib.
Muzeydən bildiriblər ki, görüşdə A.Şöne dövlətlər arasında mədəni-irsi əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb, Azərbaycanın multikulturalizmə dəyər verən ölkə olduğunu deyib. Vurğulanıb ki, Azərbaycanda dini azadlığın yüksək səviyyədə təmin olunması, bu ölkədə fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasına xüsusi diqqət yetirilir.
Sonra gələcəkdə birgə elmi-praktik konfransların və sərgilərin təşkili məsələsi müzakirə edilib.
Almaniyalı qonaq muzeyin ekspozisiya zalları ilə də tanış olub.
Hacı Zeynalabdin
Tağıyevin xatirə guşəsi A.Şönenin
böyük marağına səbəb olub.
Mədəniyyət.- 2016.- 24
avqust.- S.6.