Uruqvay və Argentinadan
tanınmış ifaçıların tanqo
gecəsi
YARAT FreeStyle və yenicə açılmış “Bakı tanqo on” məktəbi musiqisevərləri Maxo Martirena və Rodriqo Fontinin iştirakı ilə tanqo rəqsləri gecəsinə dəvət edir.
YARAT Müasir İncəsənət Məkanından bildiriblər ki, ötən il Maxo Martirena (Uruqvay) və Rodriqo Fonti (Argentina) yeni yaradıcılıq səyahətinə çıxıblar. Bir ilə yaxın davam edən səyahətdə onlar müxtəlif obrazları, onların canlandırılması yollarını davamlı şəkildə araşdırır, hər bir məqamı səmimiyyət və təravətlə dolu olan yeni rəqsləri axtarırlar. Onlar dünyanın bir çox şəhərlərində keçirilən tanqo festivallarında rəqqas kimi çıxış etməklə yanaşı, peşəkar tanqo dərslərinin tədrisi ilə də məşğul olurlar.
Qeyd edək ki,
tanqo rəqsləri gecəsinə giriş sərbəstdir.
Mədəniyyət.- 2016.- 24
avqust.- S.8.