Mövlanəyə həsr olunmuş beynəlxalq seminar

 

 

Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində Şərq ədəbiyyatının görkəmli nümayəndəsi Mövlanə Cəlaləddin Rumiyə həsr olunmuş beynəlxalq seminar təşkil edilib.

Filosof-şairin anadan olduğu şəhərdə baş tutan seminara Türkiyə, İran, Tacikistan, Hindistanbaşqa ölkələrdən alimlər, ədiblər, söz və sənət adamları qatılıb.

Əfqanıstan mədəniyyət nazirinin müavini Səyidə Mujgan Mustafavi böyük mütəfəkkirin adını daşıyan belə mötəbər tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək Mövlanənin dünya üçün əhəmiyyətli şəxsiyyət olduğunu vurğulayıb.

Üç gün davam edən seminarda filosof-şairin fəlsəfi fikirləri ilə bağlı müzakirələr aparılıb, şeir müsabiqələri, musiqi gecələri təşkil olunub.

 

Mədəniyyət.- 2016.- 24 avqust.- S.13.