Yetir doğma yurda bu mahnıları...”

 

 

İkinci Dünya müharibəsi illərində əsirlik yaşayan, həyatla ölüm arasında olsa belə vətəninə dönük çıxmayan ziyalılardan biri istedadlı musiqiçi, qabiliyyətli rəssam tanınmış tatar şairi Musa Cəlil olub.

 

Musa Mustafa oğlu Cəlilov 15 fevral 1906-cı ildə Rusiyanın Orenburq vilayəti Şarlık rayonunun Mostafa kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alır, üç il Orenburqdakı Hüseyniyyə mədrəsəsində oxuyur. Erkən çağlardan poeziyaya maraq göstərir ilk şeiri 1919-cu ildəQızıl yıldızqəzetində dərc olunur. Komsomol sıralarına qoşulan şair 1922-ci ildə Tatarıstanın Kazan şəhərində hökumət qəzetində işə başlayır. 1925-ci ildə “Biz gedirikşeirlər toplusu işıq üzü görür.

Musa Cəlil 1927-1931-ci illərdə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil alır. Tələbəlik illərində onunİptaşkaadlı şeirlər kitabı çap olunur. Yaradıcı ziyalı kimi diqqəti çəkən qələm sahibi 1933-1934-cü illərdəKommunistqəzetində Ədəbiyyat incəsənət şöbəsinin müdiri vəzifəsində işləyir. Bu ərəfədəOrdenli milyonlaradlı şeir kitabı çapdan çıxır. 1935-ci ildə Moskva Dövlət Universitetində açılan Tatar Opera Studiyasından dəvət alır. Studiya 1938-ci ildə Tatarıstana köçürüləndə o da Kazana gəlir. Studiyanın ədəbi hissə müdiri vəzifəsində işini davam etdirir. Çox keçmir onun musiqi istedadı rəssamlıq qabiliyyəti üzə çıxır. Tatarıstan Dövlət Opera Balet Teatrı üçünAltunsacİldarlibrettolarını yazır.

Şair 1939-cu ilin iyulunda SSRİ Yazıçılar İttifaqının Tatarıstan şöbəsinin katibi seçilir. Lakin İkinci Dünya müharibəsi onun həyat yolunu dəyişir. 1941-ci ilin yayındaOtvaqa” (“İgidlik”) cəbhə qəzetində hərbi müxbir kimi fəaliyyətə başlayır. Onun tərənnüm etdiyi Sovet Ordusu 1942-ci ildə Voloxov cəbhəsində ağır itki verir. Həmin döyüşdə o da ağır yaralanır əsir düşür.

Şair işgəncələrlə dolu əsir taleyindən gileylənir. Tikanlı məftillər üzərində qanad çalan quşlara xitabən yazır:

 

Ey quş, küləkləri yarıb uçursan

Asimanlara.

Mənsə atılmışam qolları bağlı

Daş zindanlara...

 

Taleyi ilə barışmayan şair ruzigarın acı yellərindən kömək umur. Əhvalından vətənin xəbər tutmasını istəyir:

 

Əs, ey yad ölkənin acı ruzgarı,

Yollan, düzənliklə, dağla, meşəylə,

Yetir doğma yurda bu mahnıları,

Onu əhvalımdan xəbərdar eylə.

 

1943-cü ilin yayında Radom hərbi əsir düşərgəsindəki gizli təşkilatın rəhbərləri həbs edilir. İşgəncələrə dözməyən üsyan rəhbərləri Musa Cəlili ələ verir. Məlum olur ki, düşərgədə yayılan antifaşist ruhlu şeir nəğmələrin müəllifi odur. Onu Berlinin yaxınlığındakı Moabit düşərgəsinə göndərirlər. Şairin əsirlikdə yazdığı ilk şeirlərin bir qismini milliyyətcə başqırd olan Təlqət Gimranov qoruyub saxlayır. O, Moabit düşərgəsində antifaşist kimi tanınır, şeir mahnıları dillərdə dolaşır. Girmanov düşərgədən qaçışla bağlı planlar qurur. Onun marqarin yağı bükülən kağızlara yazdığı şeirlər düşərgədə üsyan ovqatı yaradır. Amma onun bu fəaliyyəti uzun sürmür. Faşistlər qaçış planının üstünü açır Musa Cəlilin uzun dindirmə işgəncələrdən sonra 1944-cü ildə məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə gilyotində boynu vurulur.

1945-ci ildə II Dünya müharibəsi başa çatdıqdan sonra əsirlikdə faşizmə qarşı mübarizə aparan digər əsgərlər kimi, Musa Cəlilin fəaliyyəti araşdırılır. Şairin antifaşist fəaliyyəti məlum olsa da, bunlar nəzərə alınmır. Əsir düşərkən özünü öldürmədiyi, almanlarla əməkdaşlıq etdiyi bildirilir ən qatı cinayətkar elan edilir. Doğma vətənində ailəsi həbs edilərək sürgün olunur.

Belçikalı antifaşist Andre Timmermans Musa Cəlilin Moabitdə cib dəftərcəsinə yazdığı 115 şeirini Brüsseldəki Sovet konsulluğuna təhvil verir. Şairin antifaşist təşkilatın üzvü olduğunu, buna görə edam edildiyini bildirir. Həmin cib dəftərçəsi konsulluq tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə göndərilir. Stalinin ölümündən sonra Musa Cəlilin işi araşdırılır, onun gizli antifaşist təşkilatlarında öndə olduğu sübut olunur. Şairə ölümündən sonra, 1956-cı ildə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Əsirlikdən bəraət alıb qayıdan T.Gimranov da onun şeirlərini mətbuata təqdim edir bu əsərlər müxtəlif dillərə tərcümə olunur. Beləliklə, Musa Cəlilin üstündən “vətən xaini” adı götürülür.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 24 avqust.- S.15.