Media dini
radikalizmə qarşı mübarizədə fəal
olmalıdır
“Media yalnız informasiya ötürücüsü
olmamalı, hadisələrə münasibət bildirməlidir”
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dini radikalizmə, ayrı-seçkiliyə qarşı mübarizədə medianın artan rolundan bəhs edib. Bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür. Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov dövlətimizin radikal dini cərəyanlara, terrorizmi dəstəkləyən qüvvələrə qarşı barışmaz mübarizə apardığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub. Ölkəmizdə radikal dini cərəyanlara yer yoxdur.
Medianın üzərinə düşən vəzifələrdən danışan B.Həsənov deyib: “Media yalnız informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməli, hadisələrə münasibət bildirməlidir. Azərbaycan mediası tarixən əhalini maarifləndirmək yolunu tutub, dini xurafata qarşı kəskin mübarizə aparıb. Müəyyən məsələlərdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma söhbət ümummilli məsələdən gedəndə ortaq mövqe nümayiş etdirilməsi vacibdir. İctimaiyyət Azərbaycan mediasından məhz bunu gözləyir”.
Mövzu ətrafında
müzakirələrdə çıxış edənlər
Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyi vurğulayıblar. Qeyd
edilib ki, Azərbaycan
çoxkonfessiyalı ölkədir və burada
bütün dini konfessiyalara bərabər şərait
yaradılıb. Jurnalistlər bu
yönümlü yazıları
hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları
və digər bu kimi
amilləri daim diqqətdə saxlamalı,
bu mövzuya son dərəcə həssaslıqla
yanaşmalıdırlar.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.4.