ABŞ səfiri İsmayıllıda olub
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 25-də tanışlıq məqsədilə İsmayıllı rayonuna səfər edib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevlə keçirilən görüşdə qonaq İsmayıllının iqtisadiyyatı, sənayesi, coğrafiyası, milli tərkibi və tarixi barədə məlumatlandırılıb.
Sonra səfir rayon mərkəzində təşkil edilən
“Turizm və sənətkarlıq
bazarı” ilə tanış olub. Diplomat İvanovka kəndinə
gedərək orada yaşayan
rus icması ilə ünsiyyətdə olub. ABŞ səfirinə kənd sakinlərinin
adət-ənənələri, müsəlman qonşuları
ilə sülh və əmin-amanlıq, mehriban qonşuluq şəraitində
birgə yaşamaları barədə ətraflı məlumat
verilib.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.4.