Bakıya həsr olunan film çəkilir

 

 

Çəkilişlərə görə bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən "Bakı" adlı müasir filmin çəkilişlərinə başlanılıb. Çəkiliş günlərində paytaxtın bəzi yollarında hərəkət məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-dək filmin çəkilişinin aparıldığı ərazilərdə nəqliyyat sıxlığının yaşanmaması təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi küçə prospektlər üzrə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək, bəzi yollar üzrə isə hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Avqustun 25-də Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də çəkilişlər aparılıb. Bu istiqamətdə çəkilişlər ayın 26-da davam etdiriləcək.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.5.