ABŞ-dan
multikulturalizm mövzusunda
hədiyyə kitab
ABŞ-ın Konqres
kitabxanası beynəlxalq
kitab mübadiləsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Mərkəzi Elmi
Kitabxanasına (MEK) növbəti
kitabı hədiyyə
edib.
Kitabxanadan bildiriblər ki,
Amerikanın Katolik Universitetinin dinşünaslıq
üzrə professoru Antonoi Lopezin və İspaniyanın Eklesiastika San Damaso Universitetinin sistematik dinşünaslıq üzrə
professoru Xavier Pradesin həmmüəllifləri olduqları
kitabda liberal cəmiyyət
çərçivəsində müxtəlif mədəniyyətlərin
mövcud olduğu şəraitdə Qərb
multikulturalizminin fəlsəfi,
hüquqi və dini kökləri tədqiq edilir.
Hazırda ölkəmizdə multikulturalizmin
geniş təbliğ olunduğu
nəzərə alınarsa, bu kitab oxucular üçün faydalı olacaq.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.5.