YARAT Müasir İncəsənət
Məkanında canlı musiqi və “Evin sirləri”
Avqustun 31-də YARAT Müasir İncəsənət Məkanında canlı musiqi axşamı təşkil olunacaq.
Bu dəfə gecənin qonağı Azərbaycan və Fransa musiqisinin mahir ifaçısı, Fransada “Səs 2016” mahnı müsabiqəsinin iştirakçısı, bəstəkar Araz Hümbətli olacaq.
“Red Sky” adlı rok qrupunun yaradıcısı və rəhbəri kimi də tanınan gənc ifaçının əsas musiqi istiqaməti psixodelik etno-fyujn janrıdır. O, böyük müvəffəqiyyətlə öz musiqisini xarici ölkələrdə də ifa edir.
YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə məkanında isə Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi təşkil olunacaq. Sərgidə gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə və Hətəm Əliyevin əsərləri təqdim olunacaq.
Layihənin müəllifləri ailə və ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Seçilmiş mövzular həm sosioloji, həm də ümumi - məişət xarakterinə malikdir. Layihəsinin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.
Hər iki tədbirə giriş sərbəstdir.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.6.