Ağcabədidə Bayraq
muzeyi inşa olunub
Ağcabədi şəhərində Bayraq meydanının ərazisində Bayraq muzeyinin inşası başa çatıb.
Ərazisi 0,81 hektar olan meydanda inşa
olunan muzeyin tikinti sahəsi 588 kvadratmetrdir. Müasir memarlıq üslubunda
tikilən ikimərtəbəli
muzey binası ekspozisiya, konfrans və iclas zallarından,
inzibati otaqlardan ibarətdir.
Muzeyin ərazisində abadlıq işləri aparılıb, su hovuzu və fəvvarə tikilib, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb. Bayraq muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Burada müxtəlif
dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin,
xanlıqların bərpa edilmiş
bayraqları, həmçinin bayraqların uc
elementləri, gerblər və sair eksponatlar sərgilənəcək.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.6.