Multikulturalizm mövzusunda
dəyirmi masa
Bərdə rayon Mərkəzi kitabxanasında rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli mənəvi dəyərlərimizdəndir” mövzusunda dəyirmi masa keçirilib.
Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək, Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələrindən danışıb.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov bildirib ki, insanları yaxınlaşdıran, xalqları sülh, qarşılıqlı hörmət naminə birləşdirən multikulturalizmin təbliği vacib və aktualdır. Bu baxımdan 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin Yevlax
bölgəsi üzrə şöbəsinin baş
məsləhətçisi Rahib İbrahimov, Cümə məscidinin axundu Ramazan Hüseynov ölkəmizdə multikulturalizm
ənənələrinin qorunub
saxlanması və inkişaf etdirilməsi
istiqamətində həyata keçirilən dövlət
siyasətindən danışıblar. Mövzu
ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.7.