“Şahdağ” Turizm Mərkəzində
“səyyar kitabxana” günü
Avqustun 25-də Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “səyyar kitabxana” günü keçirilib.
Turizm mərkəzindən bildirilib ki, gün ərzində burada müxtəlif mövzularda kitab sərgiləri təşkil edilib.
Mərkəzdə istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunan sərgidə 2000 nüsxə kitab, jurnal, buklet və mütaliə vasitələri nümayiş etdirilib. Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar Azərbaycan, rus və ingilis dillərində təqdim olunub. Rayon Mədəniyyət və Turizm şöbəsi və Mərkəzi kitabxananın əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək ediblər.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi və
Azərbaycan Milli Kitabxanasının “Mən
oxudum, sən də oxu!”
şüarı ilə birgə həyata keçirdiyi
və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə
marağını artırmaq olan
“Açıq kitabxana” layihəsi
çərçivəsində təşkil edilən “səyyar
kitabxana” günləri bölgələrdə
geniş marağa səbəb
olub.
Mədəniyyət.- 2016.- 26
avqust.- S.8.