İsrail səfiri Şəkinin görməli yerlərini gəzib

 

 

Azərbaycan ilə İsrail arasında əlaqələr bütün sahələrdə uğurla davam etdirilir.

Bu fikir İsrailin Azərbaycandakı səfiri Dan Stavın respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində avqustun 24-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən görüş zamanı səsləndirilib.

İcra Hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə məlumat verib. Söhbət əsnasında israilli adamlarının regiona cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilib.

Sonra səfir Şəkinin görməli yerlərini gəzib, tarixi məkanlarına baş çəkib, “Şəki-İpək” və “Şəki Aqro İndastris”də istehsal prosesi ilə tanış olub, meyvə bağının salındığı təsərrüfat sahəsinə baxıb.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.8.