Monteneqro azərbaycanlı turistlər üçün cəlbedici məkandır

 

 

Keçmiş Yuqoslaviya federasiyasının subyekti olmuş Monteneqro Avropanın ən gənc dövlətlərindən biridir. Bu il müstəqilliyinin 10 ilini qeyd edən, 13812 kv. km ərazisi və 650 min nəfər əhalisi olan ölkə köhnə qitənin ən cəlbedici turizm məkanlarından sayılır.

Monteneqronun Bakıdakı fəxri konsulu Vüqar Əliyevin sözlərinə görə, son illər azərbaycanlı turistlər də bu ölkəyə böyük maraq göstərirlər. Monteneqro Azərbaycanın adamları üçün də cəlbedici ölkədir. İki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Artıq 4-cü ildir ki, yay mövsümündə Azərbaycandan bu ölkəyə birbaşa uçuşlar həyata keçirilməkdədir.

Son 3 ildə 12 mindən artıq Azərbaycan vətəndaşı Monteneqroya turist qismində səfər edib. Paytaxt Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib. Bu ölkədə Azərbaycanın çox gözəl imici formalaşıb. Monteneqro əhalisi bizə çox hörmətlə yanaşır. Eyni zamanda bu ölkədə Azərbaycanın turizm potensialının ciddi təbliğatı qurulub. Burada Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, Azərbaycan vətəndaşları Monteneqroya vizasız (90 günlük) səfər edə bilirlər.

Monteneqro Adriatik sahilinin incisi adlanır. Ölkəni ziyarət edən turistlərin sayı 2015-də 1,6 milyondan artıq olub. Yəni, əhalisindən təxminən üç dəfə çox turist qəbul edir. Dövlət büdcəsinin yarısından çoxu turizmdən gələn gəlir hesabına formalaşır. Xüsusilə Budva, Kotor, Bar Ulcinj yay tətillərində müxtəlif ölkələrdən gələn turistlərin ən çox sevdiyi ziyarət etdiyi yerlərdir. Sadəcə, yay dəniz turizmi baxımından deyil, eyni zamanda Monteneqro Balkanlarda bənzərsiz kanyonları, milli park alpinistik turizmi ilə öndə gələn ünvanlardan biridir. UNESCO-nun irs siyahısına daxil edilən kanyon milli parklar Monteneqronun bənzərsiz turizm mərkəzləridir.

 

Mədəniyyət.- 2016.- 26 avqust.- S.9.