“Ənənə və müasirlik”
sərgisi
Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi rəsm sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərgidə rəssamın 50-dək qrafika və dekorativ-tətbiqi sənət əsəri
nümayiş olunacaq.
Qeyd edək ki, bu, Azərbaycan Dövlət Pantomima
Teatrının baş rəssamı olan Sənubər Səmədovanın sayca üçüncü
fərdi sərgisidir.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.3.