Rejissor Rafiq Dadaşovun
70 illiyi qeyd olunub
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasında rejissor
Rafiq Dadaşovun 70 illiyi münasibətilə
yubiley tədbiri keçirilib.
Tədbirdə R.Dadaşovun Azərbaycan kinosunun inkişafındakı
xidmətlərindən danışılıb,
lentə alınmasında
iştirak etdiyi ekran əsərləri haqqında məlumat verilib.
Qeyd olunub ki, 1963-cü ildə əmək fəaliyyətinə başlayan
Rafiq Dadaşov “Azərbaycanfilm” kinostudiyasında
lentə alınan “Yenilməz batalyon”, “Sən nə üçün susursan?”,
“Torpaq. Dəniz. Od. Səma”, “Bir cənub şəhərində”
kimi bədii filmlərdə rejissor köməkçisi, “Səmt
küləyi”, “1001-ci qastrol”,
“Dantenin yubileyi”, “Yarımçıq qalmış
serenada”, “Yol əhvalatı”, “Uzun ömrün akkordları”,
“Qəm pəncərəsi”,
“Ötən ilin son gecəsi” və s. bədii filmlərdə
2-ci rejissor qismində
iştirak edib.
Rafiq Dadaşov
2016-cı ildə respublikanın Əməkdar mədəniyyət
işçisi fəxri adına layiq görülüb.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.4.