Özfəaliyyət kollektivi hərbi hissədə çıxış edib

 

 

Sumqayıt şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivi Sərhəd Qoşunlarının yaranmasının 97-ci ildönümü münasibətilə N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Sərhəd Qoşunlarının yaranması və fəaliyyəti haqqında məlumat verilib, şəxsi heyətə təbriklər səsləndirilib.

Sonra özfəaliyyət kollektivi əsgərlər qarşısında maraqlı konsert proqramı ilə çıxış edib. "Xəyal" instrumental ansamblının müşayiəti ilə solistlər Allahverdi Xəyal, Vüsalə Hüseynova, Fidan Nağıyeva, Mehdi Yusifzadə, Elşən Quliyev, gənc müğənnilər İlkin Əlizadə və Kamil Ağazadənin ifasında xalq və bəstəkar mahnıları hərbçilər tərəfindən alqışlarla qarşılanıb.

Meyxanaçı Ədalət Dağlının və 4 saylı diyarşünaslıq klubununBeqa" rəqs ritm qrupu üzvlərinin çıxışı tədbirə xüsusi ovqat qatıb.

Konsertin sonunda hərbi hissənin komandanlığı tərəfindən şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov və Mədəniyyət evinin direktoru Elnarə Rəşidova fəxri fərmanla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.4.