Xalça Muzeyində növbəti “ailə günü

 

 

Muzey hər ayın son şənbəsi valideynuşaqlar üçün “açıq qapı” elan edir

 

Avqustun 27-də Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Ailə günü” adlı növbəti tədbir keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd valideynuşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.

Budəfəki “ailə günü” proqramında da müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənəti ilə yaxından tanış olublar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayıblar.

Tədbirə qatılanlara muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqları, “Tilda” kuklasının hazırlanması və digər bir-birindən əyləncəli oyunlarmasaüstü tapşırıqlar təqdim olunub.

İştirakçılar xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı da əldə ediblər. Muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Süjetli xalçalar və motivlər” mövzusunda mühazirə səsləndirilib və muzeyə mini ekskursiya təşkil olunub. Bundan əlavə, tədbirə dəvət olunmuş uşaq yazıçısı Gülzar İbrahimova uşaqlara nağıl oxuyub.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində hər ayın son şənbəsi “Açıq qapı” layihəsi çərçivəsində “ailə günükeçirilir.

 

Mədəniyyət.- 2016.- 31 avqust.- S.6.