Koreya Respublikasının səfiri Qubada olub
Koreya Respublikasının
Azərbaycandakı səfiri
Kim Çanq-gyu avqustun
26-da Quba rayonunda olub.
Heydər
Əliyev adına
mədəniyyət və
istirahət parkında
rayon rəhbərliyi tərəfindən
qarşılanan səfir
və diplomatik korpus nümayəndələri
burada əvvəlcə
ümummilli liderin abidəsini ziyarət ediblər.
Rayon İcra Hakimiyyətinin
başçısı Yaşar
Məmmədov qonaqlara
Qubanın təbiəti,
yerli əhalinin etnik tərkibi, adət-ənənələri və
aparılan quruculuq işləri barədə
ətraflı məlumat
verib.
Səfərinin bölgə ilə tanışlıq məqsədi
daşıdığını bildirən diplomat qeyd edib ki, gələcəkdə
Gəncə, Şəki
və başqa regionlara da səfərlər
nəzərdə tutulub.
Sonra səfir Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi
və “Yaşıl teatr” ilə tanış olub.
Diplomatik korpus nümayəndələri
Quba Tarix-Diyarşünaslıq
Muzeyi və şəhərdə fəaliyyət
göstərən “Qədim
Quba” xalçaçılıq
müəssisəsində olub. Xalça toxunması
prosesini izləyən
qonaqlara Quba xalçaçılıq məktəbi
haqqında ətraflı
məlumat verilib.
Daha sonra koreyalı səfir Quba Soyqırımı
Memorial Kompleksini və
ərazidəki kütləvi
məzarlığı ziyarət
edib. Qonağın diqqətinə çatdırılıb
ki, məzarlıq
2007-ci ildə ərazidə
torpaq işləri görülərkən aşkar
edilib. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə
ermənilərin yerli
dinc əhaliyə qarşı törətdikləri
soyqırımı ilə
bağlı olduğu
müəyyən edilib.
Memorial kompleks Heydər
Əliyev Fondunun dəstəyi ilə yaradılıb və
2013-cü il sentyabrın 18-də açılışı
olub.
Səfir xatirə kitabına ürək sözlərini
yazıb. Məzarlıqda gördüklərindən təsirləndiyini bildirən
səfir Koreya və Azərbaycan xalqlarının dünyada
sülhün bərqərar
olması üçün
səylərini əsirgəmədiyini
qeyd edib.
Koreyalı diplomat Qubada dağ yəhudilərinin yığcam
yaşadıqları Qırmızı
qəsəbədə də
olub, burada yaşayan yəhudi icmasının nümayəndələri
ilə görüşüb. Qonağın diqqətinə çatdırılıb
ki, Azərbaycanda bütün azsaylı xalqlara, dini azlıqlara hörmətlə
yanaşılır. Qubada yerli
əhali ilə qaynayıb-qarışan dağ
yəhudiləri də
daim dövlətimizin
diqqət və qayğısı ilə əhatə olunublar.
Səfir və diplomatik korpus nümayəndələri bölgəyə
səfər çərçivəsində Quba
şəhərinin görməli və tarixi
yerləri ilə də yaxından tanış olublar.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.6.