Muzey bələdçiləri
üçün seminar-treninqlər
Naxçıvan şəhərindəki Dövlət
Bayrağı Muzeyində
muxtar respublikada fəaliyyət göstərən
muzeylərin bələdçiləri
üçün seminar-treninq
təşkil edilib.
Seminar-treninqdə Naxçıvan
Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyi Aparatının mədəni
irs və
muzey işi üzrə baş məsləhətçisi Qumral
Məmiyeva “Muzey bələdçisinin davranış
qaydaları” mövzusunda
çıxış edib.
Qeyd olunub ki, ötən ildən başlayaraq muzey bələdçiləri
üçün muxtar
respublikanın müxtəlif
bölgələrində fəaliyyət
göstərən muzeylərdə
seminar-treninqlər keçirilir. Bu tədbirlərin məqsədi
ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması,
muzey bələdçilərinin
nəzəri və praktik səviyyəsinin yüksəldilməsidir.
Diqqətə çatdırılıb ki,
muzeylərin hazırlıqlı,
bilikli, xarici dilləri bilən bələdçilərlə təmin
edilməsi vacib məsələlərdəndir. Bələdçilər muzeyə gələnlərdə
xoş təəssürat
yaratmalıdır.
Tədbir iştirakçılarına “Muzey
işinin peşə etikası kodeksi” haqqında da məlumat verilib. Muzey sahəsi, muzey personalı, kolleksiyaların
artırılması prinsipləri,
eksponatların alınmasında
hüquqi normalar, kolleksiyalara qayğı və s. məsələlərdən
söhbət açılıb.
Sonda Dövlət
Bayrağı Muzeyinin ekspozisiyasına
baxış olub və ekskursiyanın
müzakirəsi keçirilib.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.6.