“Dünya bir boşqabda”
Cənubi Afrika
Respublikasında nəşr olunan kitabda Azərbaycan mətbəx nümunələri
barədə də məlumat verilib
Cənubi Afrika Respublikasında (CAR) akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət “International Diplomatic Spouses Association”un təşəbbüsü ilə “Dünya bir boşqabda” adlı kitab nəşr edilib. CAR-dakı səfirliyimizin təşəbbüsü və dəstəyi ilə kitaba Azərbaycan mətbəxinin ləziz nümunələri barədə də məlumatlar daxil edilib.
Səfirlikdən verilən məlumata görə,
kitabın təqdimat mərasimində ölkəmizlə
bağlı stend qurulub.
Stenddə Azərbaycanın mədəniyyəti, təbiəti,
tarixi və turizm
imkanlarına dair məlumatlar yer alıb.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.7.