Mədəni irsimiz fotolarda
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb.
Gənc fotoqrafların vətənimizin mədəni irs nümunələrini əks edən işlərindən ibarət sərgi “Art Villa” qalereyasında təşkil olunub.
60-dək fotoportretin nümayiş olunduğu ekspozisiyada memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş mövzular yer alıb.
Layihə milli-mədəni irsin təbliği, tarixi mədəniyyət
obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərin, eləcə də mədəniyyət
və incəsənət xadimlərimizin yerli
və xarici vətəndaşlar tərəfindən
yaxından tanınması məqsədilə həyata keçirilib.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.10.