YARAT Film klubunda
“Hədiyyə”nin nümayişi
Avqustun 30-da YARAT Film klubu “Hədiyyə” adlı ekran əsərini kinosevərlərə
təqdim edib. Dram janrında olan filmin rejissoru Emin Əfəndiyevdir.
Ekran əsəri yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Gənclər özlərini cəmiyyətdə
hələ tapmayıblar.
Buna baxmayaraq, onlar sevgiləri uğrunda öz həyatlarını belə
qurban verməyə hazırdırlar.
Filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru
Elman Əliyev, quruluşçu
rəssamı Şahin
Həsənli, icraçı
prodüseri Vüsal Abbasov, prodüseri
Müşfiq Hətəmovdur.
Baş rollarda
Xalq artisti Şamil Süleymanlı, aktyorlar
Qorqud Cəfərli və İlahə Həsənova
çəkiliblər. Azərbaycan dilində nümayiş
olunan ekran əsərinin
xronometrajı 30 dəqiqədir.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.10.