Cəlilabadda XII əsrə aid dəfinə tapılıb
Mis pullar Səlcuq
sultanı Arslan şahın adından kəsilib
Cəlilabad rayonunun Uzuntəpə
kəndi yaxınlığındakı
qədim yaşayış
yerindən XII əsrə
aid mis sikkələr tapılıb. Tədqiqat işləri zamanı
aşkar olunan təsərrüfat küpünün
içərisindəki 273 ədəd
mis sikkə tədqiq olunmaq üçün AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb.
Sikkələr numizmat alim, professor Əli Rəcəbli tərəfindən tədqiq
olunub. Həmçinin AMEA Radiasiya Problemləri
İnstitutunun “Radiokimya
laboratoriyası”nda kimya
elmləri namizədi Rauf Quliyev tərəfindən
kimyəvi üsullarla
təmizlənib və
onların üzərində
aparılmış elmi
tədqiqat işləri
tam başa çatdırılıb.
Mis dirhəm
və fəlslərdən
ibarət olan qədim pullar Atabəy Eldəgizlər dövrünə (XII əsr)
aiddir. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrindən
məlum olur ki, qədim mis pullar İraq
Səlcuq sultanı Arslan şahın
(1161-1176) adından kəsilib.
Dirhəmin bir tərəfində
Abbasilərin xəlifəsi
olan Əbül Müzəffər əl-Müstəncidin
(1160-1170) adı həkk
olunub. Digər tərəfində isə Qurani-Kərimin “Tövbə” surəsinin
33-cü ayəsindən bir
hissə yazılıb.
Dəfinə nümayiş
etdirilmək üçün Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil
verilib.
Mədəniyyət.- 2016.- 31
avqust.- S.15.