Nəcib xarakterlər ustası

 

 

 

   Noyabrın 30-da Dövlət Film Fondunda unudulmaz sənətkar, Xalq artisti Nəcibə Məlikovanın (1921-1992) 95 illiyinə həsr olunan xatirə gecəsi keçirildi.

   Tədbir iştirakçıları əvvəlcə fondun foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular. Sonra aktrisanın zəngin yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirildi.

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq aktrisanın yaradıcılığından, kinoteatr sahəsində xidmətlərindən danışdı. Qeyd etdi ki, Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakıda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Bakı Teatr Məktəbində oxuyub. Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. Sonra Bakıya gələrək Teatr İnstitutunda təhsilini davam etdirib. Ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışıb. Sevimli aktrisanın yaradıcılığının bir dövrükino ilə bağlı olub. O, dramatik, lirik komik rolların mahir ifaçısı kimi tanınıb. Yaratdığı nəcib xarakterlərlə qəlblərdə taxt quran Nəcibə Məlikova 27 iyul 1992-ci ildə vəfat edib.

   Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, Nəcibə Məlikova əsil-nəcabəti olan bir ailədə böyüyüb. O, xalqımızın ən çox sevilən aktrisalarındandır. Onun Azərbaycan kinosunun inkişafında böyük xidmətləri olub. Oynadığı tamaşalarda, çəkildiyi filmlərdə bir-birindən gözəl Azərbaycan qadınının obrazını yaradıb.

   Əməkdar artist Elxan Qasımov aktrisanın keçdiyi sənət yolundan danışdı. Qeyd etdi ki, Nəcibə xanım Azərbaycan kinosuna korifey sənətkarların çalışdığı bir vaxtda gəlib. Qısa müddətdə bir-birindən gözəl, yaddaşlarda əbədiləşən obrazlar yaradaraq sənətsevərlərin rəğbətini qazandı.

   Xalq artistləri Rafiq Əzimov, Ramiz Məlikov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirildi ki, Nəcibə MəlikovaŞeyx Sənan”, “Səyavuş”, “Pəri cadu”, “Aydın”, “Kəndçi qızı”, “Büllur sarayda”, “Vaqif”, “Əliqulu evlənir”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan dərviş Məstəli şah”, “Cehizsiz qız”, “Kimdir müqəssir?” digər onlarla səhnə əsərində yaddaqalan obrazlar yaradıb. OnunÖgey ana”, “Aygün”, “Arşın mal alanƏhməd haradadır?” s. filmlərdə həyat verdiyi obrazlar Azərbaycan kino sənətinin unudulmaz örnəkləridir.

   Sonda görkəmli sənətkarın nəvəsi Sima xanım çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.-2016.- 2 dekabr.- S.7.