İslam Həmrəylik
Oyunlarının könüllülük
proqramının təqdimatı
Qeydiyyat dekabr ayının
sonuna qədər davam
edəcək
Azərbaycan Turizm və Menecment Universitetində “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib.
ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov tələbələri “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında keçiriləcək proqramda fəal iştiraka səsləyib. Vurğulanıb ki, IV İslam Həmrəylik Oyunlarında minlərlə könüllü dil bilikləri və bacarıqlarına uyğun müxtəlif sahələrdə işləməklə bərabər, eyni zamanda təcrübə qazanacaq. Tələbələr könüllülük proqramının mahiyyəti barədə məlumatlandırılıb.
Təqdimat mərasimində IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin nümayəndələri bu oyunların tarixi, nəzərdə tutulan idman növləri, yarışların keçiriləcəyi məkanlar, iştirakçı dövlətlər, eləcə də könüllü olmaq qaydaları barədə təqdimat keçiriblər.
Qeyd
edilib ki, “Bakı 2015”
Avropa Oyunları və Formula-1
yarışlarından fərqli olaraq, İslam Həmrəylik Oyunlarında tələbələrlə
yanaşı, müəllimlər də könüllülük
əsasında fəaliyyət göstərə biləcəklər.
Könüllü olmaq
üçün qeydiyyatdan
keçməyin qaydalarını izah edən
nümayəndələr qeydiyyat
vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini
diqqətə çatdırıblar.
Mədəniyyət.-2016.- 2 dekabr.-
S.9.