Xırdalan şəhərinin 10
yaşı tamam olub
Xırdalana şəhər statusu verilməsindən 10 il ötür. Bu münasibətlə şəhərdəki
Mədəniyyət mərkəzində
keçirilən yubiley
tədbirində Abşeron
Rayon İcra Hakimiyyətinin
başçısı İradə
Gülməmmədova, rayonun
idarə, müəssisə,
təşkilat rəhbərləri,
ictimaiyyət nümayəndələri,
qonaqlar, eləcə də Abşeron rayonuna 10 il rəhbərlik etmiş, hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı
olan Zakir Fərəcov iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə
Xırdalan şəhərində
fəaliyyət göstərən
20-dən çox şirkətin
istehsal etdiyi məhsulların sərgisi
ilə tanış
olublar. Sərgidə, həmçinin rayonun keramika ustalarının, xalçaçıların,
incəsənət məktəbi
yetirmələrinin əl
işləri, rəsm
əsərləri nümayiş
olunub.
Tədbirin rəsmi hissəsində Xırdalanın tarixindən
söz açılıb,
XX əsrin əvvəllərində
kənd, sovet dövründə isə şəhər tipli qəsəbə olan Xırdalana Prezident İlham Əliyevin
2006-cı il 29 noyabr tarixli sərəncamına əsasən
şəhər statusu
verildiyi diqqətə
çatdırılıb. Bildirilib ki,
şəhərdə sənaye
müəssisələri, Mərkəzi
xəstəxana və
poliklinika, Mədəniyyət
mərkəzi, Tarix-diyarşünaslıq
muzeyi, kitabxanalar, şahmat və musiqi məktəbləri,
Heydər Əliyev Mərkəzi fəaliyyət
göstərir. Şəhərin inkişafı, aparılan
tikinti-quruculuq işləri
ölkə başçısının
diqqət və qayğısının nəticəsidir.
Xırdalanın sosial-iqtisadi və
mədəni həyatında
fərqlənənlərə İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilib.
Tədbir respublikanın
tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam
edib.
Mədəniyyət.-2016.- 2 dekabr.-
S.11.