Azərbaycan musiqisində Şərq-Qərb rəngarəngliyi gənclərin gözü ilə

 

 

 

   Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan musiqisində Şərq-Qərb rəngarəngliyi gənclərin gözü ilə” adlı layihə həyata keçirilib.

   Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan yekun tədbirdə layihənin müəllifi, beynəlxalq müsabiqələr laureatı, gənc bəstəkar Tural Məmmədli layihənin mövzu və məqsədindən danışıb.

   Qeyd olunub ki, layihə çərçivəsində Azərbaycan Milli Konservatoriyasında konsert keçirilib. Konsertdə İohann Sebastyan Baxın əsəri Azərbaycan milli musiqi alətlərinin ifasında səslənib. Bundan başqa, Əməkdar artist Vüqar Camalzadə “Ulduz” balladasını, beynəlxalq muğam müsabiqəsinin qalibi Şəhriyar İmanovun triosu (tar, kamançanağara) “Ağlayan Şəlalə” kompozisiyasını səsləndirib. Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kəriminin “Ömrümün istəyi” və Tural Məmmədlinin kamançafortepiano üçün bəstələdiyi “Tənha yolçu” əsərləri təqdim olunub.

   Daha sonra çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, Gənclər Fondunun nümayəndəsi Nural Səfəralı, musiqişünas Məleykə Ehtiramkamança ifaçısı Elnur Mikayılov layihənin əhəmiyyətindən danışıb, Azərbaycan musiqisinin dünyada tanınmasında belə layihələrin böyük rol oynadığını söyləyiblər.

   Sonra layihə çərçivəsində keçirilən konsertin diskinin təqdimetmə mərasimi olub və layihə iştirakçılarına diplomlar təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 2 dekabr.- S.15.