Aşıq musiqisi Avropa musiqisinin sintezində

 

 

   Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib.

   AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, tədbirdə aşıqlar, musiqiçilər, bəstəkar musiqişünaslar iştirak edib. Qurumun sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından bu istiqamətdə görülən işlərdən danışıb.

   Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup aşıqlardan əməkdar mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq xalq mahnıları dinlənilib.

   Aşıqların qrup üzvlərinin ifalarına bəstəkar musiqişünaslar öz münasibətlərini bildiriblər. Bu istiqamətdə axtarışların davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

 

Mədəniyyət.- 2016.- 2 dekabr.- S.15.