“95 il səhnədə”
Gürcüstan
ansamblı Bakıda şou proqram təqdim edəcək
Dekabrın 9-da Heydər Əliyev Sarayında “Cəngi” estrada folklor ansamblının təşkilati dəstəyi ilə Gürcüstan Respublikası Acarıstan Akademik Dövlət Mahnı və Rəqs Ansamblının konsert proqramı keçiriləcək.
Sarayın mətbuat
xidmətindən bildirilib ki,
konsertdə Gürcüstan kollektivi “95 il səhnədə”
adlı əfsanəvi şou proqram təqdim edəcək. Konsertin
biletlərini şəhərin kassalarından və “ASAN xidmət”
mərkəzlərindən əldə etmək olar.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.2.