“Bakı
prosesi” qlobal hərəkata çevrilib
UNESCO-nun baş
qərargahında IV Dünya
Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə
olunub
Dekabrın 5-də
Parisdə, UNESCO-nun baş
qərargahında Dünya
Mədəniyyətlərarası Dialoq Forumu Beynəlxalq
işçi qrupunun ekspert görüşü
və ali
toplantısı keçirilib.
Tədbir Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi, ölkəmizin UNESCO yanında
daimi nümayəndəliyi,
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Birləşmiş
Millətlərin Dünya
Turizm Təşkilatı,
Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa
Şurası, İSESCO və
Avropa Şurasının
Şimal-Cənub Mərkəzi
rəsmilərinin iştirakı
ilə reallaşıb.
Ali toplantıdan
əvvəl keçirilən
işçi qrupun ekspert görüşündə
nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin
müdiri, işçi
qrupun katibi Vasif Eyvazzadə və Azərbaycanın
UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov çıxış
edərək “Bakı
prosesi”, növbəti
Forumun prioritetləri,
tərəfdaş beynəlxalq
təşkilatlardan gözləntilər
barədə məlumat
veriblər. Beynəlxalq
qurumların nümayəndələri
2017-ci il 5-6 may tarixində
Bakıda keçirilməsi
nəzərdə tutulan
IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun gündəliyinə təkliflərini
təqdim ediblər və bu təkliflər
ətrafında müzakirələr
aparılıb.
Müzakirənin
nəticələri daha
sonra keçirilən
ali toplantıya
təqdim edilib.
Toplantıya sədrlik edən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev iclas iştirakçılarına,
xüsusilə UNESCO-nun baş
direktoru İrina Bokovaya, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə,
UNESCO baş direktorunun
müavini Françeska
Bandarinə, İSESCO baş
direktorunun müavini Amina Al-Hajriyə, BMT-nin Dünya Turizm Təşkilatının
regional direktoru və baş katibin müşaviri Əmr
Abdel-Qaffara və digər yüksək səviyyəli rəsmilərə
iclasda iştirak etdiklərinə, Prezident İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünə göstərdikləri dəstəyə
və tərəfdaşlığa
görə təşəkkürünü
bildirib.
UNESCO-nun baş
direktoru İrina Bokova Azərbaycan hökumətinin beynəlxalq
miqyasda mədəniyyətlərarası
dialoqun inkişafına
verdiyi töhfələri
alqışlayaraq “Bakı
prosesi”nin həm mədəniyyətlər
arasında dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının
inkişafında vacib
platforma olduğunu qeyd edib və
rəhbərlik etdiyi qurumun IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində vacib tərəfdaş rolunda çıxış edəcəyini
deyib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir
bu ilin aprelində
Bakıda uğurla keçirilmiş VII Qlobal
Forumu xatırladaraq Azərbaycan ilə “Bakı prosesi” çərçivəsində uzun illərə dayanan səmərəli əməkdaşlığın olduğunu, növbəti Dünya Forumu çərçivəsində bir sıra tədbirləri
təşkil edəcəklərini
vurğulayıb.
Daha sonra Dünya Turizm Təşkilatının
regional direktoru Amr
Abdel-Qaffar, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının direktoru
Marsela Villareal,
İSESCO baş direktorunun
müavini Amina Al Hajri, Avropa Şurasının
Demokratiya Baş Direktorluğunun xüsusi əlaqələndiricisi Danile
Kanjemi, Avropa Şurasının Şimal-Cənub
Mərkəzinin nümayəndəsi
Migel Silva, Böyük
Britaniyanın Koventri Universitetinin Sosial əlaqələr, sülh
və etiqad institutunun rəhbəri
professor Mayk Hardi, “Qlobal Kompas” təşkilatının sədri
Jan Kristov Ba çıxış edərək
“Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində
tərəfdaşlığın vacibliyindən bəhs edib, 2017-ci ildə keçiriləcək Forumla
bağlı təkliflərini
bildiriblər.
Nazir Əbülfəs Qarayev irəli sürülən təkliflərə
görə təşəkkürünü
bildirərək Azərbaycanın
sülhə, əməkdaşlığa
və dialoqa sadiqliyini daim nümayiş etdirdiyini söyləyib və səslənən fikirlərin
dekabrın sonuna kimi proqram şəklində
hazırlanacağını və yekun sənədlərlə
birgə tərəfdaş
beynəlxalq qurumlarla paylaşılacağını deyib.
Görüşün
sonunda qərara alınıb ki, IV Dünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində mədəniyyət və
turizm nazirlərinin
3-cü görüşü, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət
göstərən beynəlxalq
təşkilatların rəhbərlərinin
ilk dəfə birgə
yüksək səviyyəli
görüşü, mədəniyyətlərarası
dialoq, mədəniyyət
və irs, insan təhlükəsizliyi,
sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər,
media və s. mövzularda
plenar və panel sessiyalar keçirilsin.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2008-ci ildə Avropa Şurası mədəniyyət
nazirlərinin və bir sıra islam
ölkələri nazirlərinin
paytaxtımızda keçirilən
konfransında “Bakı
prosesi”, 2010-cu ildə
BMT Baş Assambleyasında
Dünya Mədəniyyətlərarası
Dialoq Forumu təşəbbüslərini irəli
sürüb. “Bakı prosesi” ötən müddətdə
qlobal hərəkata çevrilərək nüfuzlu
beynəlxalq təşkilatları
birləşdirən nadir platforma
kimi dünya siyasətində mühüm
yer tutur.
“UNESCO ilə əməkdaşlıq Azərbaycan
həqiqətlərini dünyaya
çatdırmağa imkan
verir”
Azərbaycan Prezidenti İlham
Əliyev mədəniyyətlər
və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı prosesi”nə və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna böyük önəm verir.
IV Dünya
Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqla bağlı
UNESCO-nun baş qərargahında
keçirilən toplantıdan
sonra mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev mətbuata açıqlamasında belə
deyib.
Nazir bildirib ki, Azərbaycan
Prezidentinin təşəbbüsü
ilə Bakıda iki ildən bir keçirilən Forum ənənəyə çevrilib,
gələn il
paytaxtımız dördüncü
dəfə bu tədbirə ev sahibliyi edəcək. Bakı Forumuna hazırlıq məqsədilə elmi-praktik
beyin mərkəzi yaradılıb. Mərkəzin üzvləri tərəfdaşlarımız
olan beynəlxalq təşkilatların məsul
şəxsləridir. Bugünkü yüksək
səviyyəli toplantıda
UNESCO-nun baş direktoru
İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Foruma ilk dəfə qatılacaq BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa
Şurası, İSESCO və
Avropa Şurasının
Şimal-Cənub Mərkəzinin
rəsmilərinin iştirakı
onların bu nüfuzlu tədbirə xüsusi əhəmiyyət
verməsini bir daha əks etdirir.
Nazir qeyd edib ki,
“Bakı prosesi” artıq diplomatik termin kimi qəbul
olunur, bu proses insanlar arasında anlaşmanı,
dialoq və mədəniyyətlərə qarşılıqlı
hörməti təşviq
edir. Məqsəd daha sağlam, təhlükəsiz bir cəmiyyətin qurulmasıdır:
“Bugünkü toplantıda
yeni təşəbbüslər
irəli sürüldü.
Bununla bağlı yanvar ayında işçi qrupun nümayəndələrinə
müvafiq sənədlər
göndəriləcək. Gələn ilin mayında Bakıda keçiriləcək
Forum üçün maraqlı
bir proqram təşkil olunacaq”.
Nazir UNESCO-nun baş qərargahında
keçirilən “Mədəniyyətlərarası
dialoqdan insan təhlükəsizliyinə və
sülhdən davamlı
inkişafa” adlı konfransın əhəmiyyətini
də vurğulayıb.
Qeyd edib ki, konfrans çərçivəsində
Azərbaycanın dəstəyi
ilə hazırlanmış
fransız və ingilis dillərində “Mədəniyyət mülkiyyətinin
qorunması haqqında
hərbi məlumat kitabı”nın təqdimatı oldu. Bu kitab hərbi münaqişələr zamanı
mədəni irs abidələrinin qorunması baxımından
çox vacibdir:
“UNESCO-da davam etdirilən bu işlər Azərbaycanın
işğal olunmuş
torpaqları haqqında
həqiqətləri dünya
ictimaiyyətinə çatdırmağa
imkan verir. Bu gün görüşlər
zamanı bu mövzuya da toxunduq. Azərbaycan dövlətinin sülhsevər
siyasətini qeyd etməklə yanaşı,
böyük narahatlığımızı
da ifadə etdik. Bildirdik ki, işğal
olunmuş torpaqlarda mədəni irs abidələrimiz dağıdılıb”.
“UNESCO ilə ölkəmiz arasında sıx münasibətlərin formalaşmasında,
əlaqələrin genişlənməsində
Azərbaycanın birinci
xanımı, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük
rolu olub. Azərbaycanın bir çox
nominasiyalarının, eləcə
də bu yaxınlarda lavaş çörəkbişirmə ənənəsinin
UNESCO-nun mədəni irs
siyahılarına daxil
edilməsi də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın töhfəsidir”,
- deyə nazir vurğulayıb.
“Bakı prosesi” UNESCO üçün
mayak rolunu oynayır
UNESCO-nun baş direktoru İrina Bokova Bakı Forumundan və “Bakı prosesi”ndən böyük
gözləntiləri olduğunu
vurğulayıb. “Bakı prosesi” UNESCO üçün mayak rolunu oynayır”, - deyə o bildirib.
Baş direktor qeyd edib ki, dünyada
baş verən dözümsüzlüyün, zorakılığın,
ekstremizmin artması, mədəni və tarixi irsin məhv
edilməsi, humanitar böhran böyük narahatlıq doğurur.
Bu gün mədəni
müxtəliflik üzrə
tədrislərin təşkilinə,
mədəniyyət sahəsində
təcrübələrin, dinlər
və mədəniyyətlərarası
dialoqun təşviqinə
və başqa mədəniyyətlərə hörmətlə
yanaşmağa ehtiyacımız
var.
Azərbaycanın
mədəniyyət və turizm nazirinin iştirakı ilə keçirilən
toplantıda Bakı Forumuna hazırlıq
məsələlərindən söz
açıldığını bildirən baş
direktor həmçinin mədəni irsin dağıdılması məsələsinə
də diqqət çəkildiyini söyləyib.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.3.