TÜRKSOY-un baş
katibinə Xəzər Universitetinin fəxri
doktoru adı verilib
Dekabrın 3-də Xəzər Universitetində bu ali məktəbin, TÜRKSOY-un və Azərbaycan Müəlliflər Birliyinin birgə təşkilatçılığı ilə “Müasir akademik musiqinin inkişafı və perspektivləri. Müəllif hüquqlarının qorunması nümunəsi əsasında musiqi müxtəlifliyinin saxlanılması və inkişafı” mövzusunda konfrans keçirilib.
Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı mövzunun aktuallığını qeyd edib. O bildirib ki, universitetin elmi şurası türk xalqlarının mədəniyyətinin inkişafında töhfələrinə görə TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinova Xəzər Universitetinin fəxri doktoru adının verilməsi haqqında qərar qəbul edib.
Sonra fəxri doktor diplomu D.Kaseinova təqdim olunub. Qonaq bu şərəfə layiq görüldüyü üçün
Xəzər Universitetinin
rəhbərliyinə təşəkkürünü
bildirib.
Daha sonra konfrans işini davam etdirib, mövzu ilə
bağlı məruzələr dinlənilib.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.4.