Hotellərin restoran işçiləri üçün
təlim kursları
Restoran sahəsində işçilərin
peşəkarlıq səviyyəsini
artırmaq məqsədilə
respublikada ilk dəfə
Mədəniyyət və
Turizm Nazirliyinin Bakı Turizm İnformasiya Mərkəzi
“Aspi Aqro” MMC (“Savalan” şərab brendi) ilə birlikdə “Somelye” məktəb layihəsi çərçivəsində “Park İnn” hotelində paytaxt hotellərinin restoran işçiləri
üçün təlim
kursları təşkil
olunub. Dekabrın 5-dən 8-dək davam edəcək kurslara Bakıdakı hotellərin
50 nəfər restoran
işçisi cəlb
olunub.
Somelye
kurslarının keçirilməsi üçün
Ukraynadan “Master-Klass” somelye məktəbinin rəhbərləri Nikolay Blaqopoluçnı və Natalya Blaqopoluçnaya dəvət
olunub. Kurs
iştirakçılarına şərabın qoxusuna görə onun
keyfiyyəti, üzümün növü və bəzən hətta onun hansı regiona məxsus
olduğu, yaşını müəyyən
edilməsi üsulları nümayiş etdirilib. Kurs proqramına praktiki məşqlər və şərabların
dequstasiyası da daxil
edilib. Kursların sonunda
şərab mədəniyyəti haqqında bilgilərin əldə
edilməsinə görə kurs
iştirakçılarına müvafiq sertifikat veriləcək.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.5.