Əyyub Quliyev beynəlxalq
müsabiqənin musiqi proqramının rəhbəri
olub
Noyabrın 29-dan dekabrın 6-dək Moskvada “Şelkunçik” gənc musiqi ifaçılarının beynəlxalq televiziya müsabiqəsi keçirilib. Müsabiqə Rusiyanın “Kultura” kanalının ən möhtəşəm layihələrindən biridir. Çaykovski adına konsert zalında Moskva Dövlət Akademik Filarmonik Orkestrinin iştirakı ilə keçirilən müsabiqənin musiqi proqramının rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.
Müsabiqənin bağlanış mərasimində finalçılar dirijor Əyyub Quliyevin rəhbərliyi altında Moskva Akademik Filarmonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.
Qeyd edək ki,
yarışma 2000-ci ildə “Kultura”
kanalı tərəfindən təsis edilib
və Rusiyada akademik musiqi sahəsində gənc
ifaçıların yeganə televiziya
müsabiqəsidir. 2016-cı il aprelin 25-də “Şelkunçik”
Avropa Musiqi Müsabiqələri
Assosiasiyaları Birliyinə üzv qəbul
olunub. Ənənəyə uyğun olaraq müsabiqə
qalibləri görkəmli rus rəssamı
Mixail Şemyakinin
hazırladığı qızıl, gümüş
və bürünc “Şelkunçik”
heykəlləri ilə təltif olunurlar.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.6.