Beynəlxalq Əlillər Gününə
həsr olunmuş xeyriyyə konserti
Heydər Əliyev Sarayında 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçirilib. Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertə kimsəsiz və əlil uşaqlar təmənnasız dəvət olunub.
“Biz bir ailəyik” adlı konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədilə hazırlanıb.
Konsertdə fiziki qüsurlu istedadlı ifaçılar - Mehman Talıbov, Polad Həsənov, Vüsalə Məmmədova, Kifayət Mikayılova, Rəvanə Ağamirova, Xatirə Hacıyeva, Seymur Əliyev, Münəvvər Əhmədova, Məhəmməd Abışov, Nurlan Əhmədov, Nazə Hacıyeva, Ruslan Yusifov, Rövşən Manafov, Fatimə İsrafilova, Minayə Şirinova, Şəlalə Abdullayeva, Vüsal Babayev, Cəmilə Məmmədli, Ənvər Cabbarlı, Şücayət Əliyeva, İbrahim Məmmədov və “Hağışta” folklor qrupu çıxış edib.
Onları səhnədə fiziki qüsurlu ifaçılardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edib.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.6.