Sumqayıt teatrında “Oğru”nun məşqləri yekunlaşır
Sumqayıt
Dövlət Dram Teatrı yaxın
günlərdə Marsel Berkye
Marinyenin "Oğru"
əsərinin tamaşasını sənətsevərlərə
təqdim edəcək. Rejissor Rövşən
Almuradlının quruluş verdiyi tamaşa komediya janrındadır. Səhnə əsərinin
süjetində bütün tarix boyu mütəfəkkirlər
tərəfindən cavabı axtarılan əsl məhəbbətin
qiyməti ön plana
çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda
sevgi və pul
dilemması müzakirəyə qoyulur. Tamaşada Əməkdar artist
İzaməddin Bağırov, aktyorlar
Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə,
Vəfa Qurbanova, İlahə Səfərova
iştirak edirlər.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.7.