Musiqili Teatr daha bir beynəlxalq quruma üzv olub
Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv olub.
Qurum bugünlərdə İranın paytaxtı Tehranda keçirilən teatr sənəti mövzusunda birinci regional elmi-nəzəri konfransda təsis olunub. İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən mədəniyyət xadimləri və teatr sənətçilərinin qatıldığı konfransda ölkəmizi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təmsil edib.
Konfrans zamanı ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, festivalların təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, mədəniyyət və teatr sahəsində nəşrlərin hazırlanmasının vacibliyi vurğulanıb və belə bir qurumun təsis edilməsi qərara alınıb.
Qeyd
edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı 2009-cu ildən ölkəmizi Musiqili Teatrların Beynəlxalq Assosiasiyasında
da təmsil edir.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.7.