Milli Dram Teatrında "Xanuma”nın növbəti
nümayişi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Gürcü müəllifin 1882-ci ildə yazdığı bu əsərdə hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bunun üzərində qurulub.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Tofiq Quliyev, musiqi rəhbəri Fəxrəddin Kərimov, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayeva, vokal üzrə repetitor Zeynəb Safinadır. Səhnə əsərini Dilbər İsmayılova idarə edib.
Rollarda xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova, Firuz Xudaverdiyev, aktyorlar Həcər Ağayeva, Elnar Qarayev, Vüsal Mustafayev, Elçin Əhmədov, Əlləz Əhmədov çıxış edir.
Mədəniyyət.- 2016.- 7 dekabr.- S.11.