"Səs dalğaları"nda növbəti sənət sintezi

 

 

 

   Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İsrail musiqiçilərinin konserti

  

   Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İsrail musiqiçilərinin konserti keçirilib. "Səs dalğaları" ("Sound waves") Bakı etno-musiqi festivalı layihəsi çərçivəsində təqdim edilən konsert proqramında bu günə kimi Yunanıstan, İtaliya, İspaniyadan musiqiçilər iştirak ediblər.

   Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, İtaliyanın Azərbaycandakı səfirliyi, Azərbaycan-İtaliya Assosiasiyası və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşır. Layihədə müxtəlif ölkələrdən olan musiqiçilər öz musiqilərini təqdim edirlər. Bu dəfə isə İsrail və Azərbaycan musiqiçiləri sintez şəkildə öz xalq mahnılarını təqdim etdilər.

   Konsertdən əvvəl qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində İsrailə həsr edilən foto-sərgi ilə tanış oldular.

   Gecənin açılışında çıxış edən Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Paola Kasaqrande İsrailin Azərbaycandakı səfiri Dan Stavı səhnəyə dəvət etdi.

   Səfir layihənin təşkilatçılarına təşəkkürünü bildirdiiki ölkənin musiqiçilərinin iştirakı ilə “Dostluqsülh naminə” şüarı altında keçirilən konserti vacib mədəniyyət hadisəsi kimi dəyərləndirdi: “Ümid edirəm ki, konsert tamaşaçıların yaddaşında dərin izlər buraxacaq. Musiqi insanlar arasındakı ünsiyyətin vacib növüdür. Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi də sizə gözəl istirahət bəxş edəcək”.

   Konsert proqramı Azərbaycanın tanınmış ifaçıları - əməkdar artistlər Sahib Paşazadə (tar) və Toğrul Əsədullayev (kamança), həmçinin Soltan Əliyev (nağara) və xanəndə Hüseyn Məlikov və israilli bəstəkar-ifaçı Şem Tev Levinin ifaları ilə davam etdi.

   Qeyd edək ki, Şem Tev Levin öz yaradıcılığında Şərq, caz, rokklassik musiqiyə üstünlük verir. Gecə populyar Azərbaycan mahnısı “Əsmərim” ilə başlandı və mahnıya israilli musiqiçilərin "Hatwat Hebibi" mahnısının sintezi maraqla qarşılandı. Pianoçu-bəstəkar Kəmalə Əlizadənin də qatıldığı proqramda “Sən gəlməz oldun”, “Gəl, maralım”, “Atəşim var, külüm yox” və digər Azərbaycan mahnıları səsləndi.

   Qeyd edək ki, iki ölkənin musiqiçiləri konsertdən bir neçə gün əvvəl görüşübçox az zaman müddətində məşqlər nəticəsində gözəl bir tandem yaranıb. Konsertdə diplomatik korpusun təmsilçiləri, deputatlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Layihə çərçivəsində növbəti konsert dekabrın 16-da portuqal və Azərbaycan musiqiçilərinin iştirakı ilə baş tutacaq.

  

   Lalə Azəri

  

Mədəniyyət.- 2016.- 7 dekabr.- S.12.