Milli Kitabxanada görüş
Dekabrın 7-də Ərəb Ölkələri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub. Direktor Kərim Tahirov qonağa kitabxana haqqında ətraflı məlumat verib, xarici ölkə kitabxanaları ilə birgə layihələrindən söhbət açıb.
Rəhbərlik etdiyi institut haqqında danışan Feysəl Əl-Hafyan Milli Kitabxananın nəşrləri ilə maraqlanıb.
Görüşdə
Ərəb Ölkələri Liqası nəzdində
Əlyazmalar İnstitutu ilə Azərbaycan
Milli Kitabxanası arasında əlaqələrin
yaranmasının zəruriliyi bildirilib, kitabxanada ərəb dilində yazan
azərbaycanlı müəlliflərin əsərlərindən
ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə
olunub. Qonağa kitablar hədiyyə olunub.
Mədəniyyət.- 2016.- 9
dekabr.- S.3.