Gənc bəstəkarın əsəri “Neva şəfəqləri” festivalında qalib olub

 

 

 

   6-9 dekabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən III Beynəlxalq “Neva şəfəqləri” (Nevskoe siyanie) incəsənət müsabiqə-festivalında həmyerlimiz, gənc bəstəkar Tural Məmmədli birinci yerə layiq görülüb. 9 ölkədən 55 iştirakçının qatıldığı müsabiqədə onun fortepiano üçün bəstələdiyi “Sükutun səsi” əsəri qalib olub. Müsabiqədə Rusiya, Finlandiya, Yaponiya, Tacikistan, Hindistan və digər ölkələrin nümayəndələri iştirak edib. Beynəlxalq müsabiqələr laureatı Viktor Şerşnevin rəhbərlik etdiyi münsiflər heyəti Tural Məmmədliyə gələcək işlərində uğurlar arzulayıb.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.7.