Dağ-xizək kompleksləri qış mövsümünün açılışına hazırdır

 

 

 

   İstirahət etmək hər mövsümdə maraqlı və əyləncəlidir. Qış mövsümündə istirahətin də öz yeri var. Ölkəmizdə havaların adət edildiyindən daha erkən soyuması, qarın yağması xüsusilə şimal bölgələrimizdəki dağ-xizək komplekslərinin mövsüm qrafikini də önə çəkib. Artıq bu sahədə turizm müəssisələri mövsümə hazırlıqları tamamlayıblar və dağ-xizək istirahəti həvəskarlarını gözləyirlər.

   Qusar rayonu ərazisindəki “ŞahdağTurizm Mərkəzi təkcə Azərbaycanda deyil, regionda ən böyük dağ-xizək turizm kompleksidir. Şahdağ Milli Parkının ərazisində, dəniz səviyyəsindən 1300-2350 metr hündürlükdə yerləşən mərkəz 2013-cü ilin qış mövsümündən turistləri qəbul edir. Burada üç 5 ulduzlu hotel - “Shahdag Hotel & Spa”, “Pik Palace”, “Park Chalet”, 4 ulduzlu "Zirve Hotel" və “Gaya Residence” - ailəvi dağ-xizək hoteli, həmçinin büdcəli səyahət üçün qonaq evləri - “Gənclər mehmanxanası” tikilib. Kanat və xizək yolları, idman qurğuları və digər sosial obyektlər fəaliyyət göstərir.

   ŞahdağTurizm Mərkəzindən verilən məlumata görə, bu il kompleksdə istirahət üçün ötən illə müqayisədə daha çox tələbat olacağı gözlənilir və bununla bağlı yeni xizək və xizək ləvazimatları dəstləri alınıb. Mərkəzdən onu da bildirdilər ki, hazırda “ŞahdağTurizm Mərkəzində qış turizm mövsümüYeni illə bağlı tədbirlərə ciddi hazırlıq gedir. Artıq bayram tətili günləri üçün - dekabrın 28-dən yanvarın 5-dək olan müddətdə ayrılan paketlərin hamısı bronlaşdırılıb. Bu il turistləri “ŞahdağTurizm Mərkəzində bir sıra yeniliklər də gözləyir. Bunların sırasına aeroxizək, parapalan və atıcılıq xidmətləri daxildir. Kompleksin xizək məktəbi yeni başlayanlar üçün təcrübəli təlimatçıların dərslərini təklif edir. Spa-salonları isə sizə qarbuzdan sonra təravətləndirici istirahət bəxş edəcək.

   Qeyd edək ki, Prezidenti İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bakıda kompleksin Turizm informasiya mərkəzi fəaliyyət göstərir. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişiturpaket xidmətləri təklif olunur.

   Qış mövsümündə yerlixarici turistlərin üz tutduğu məkanlardan biri də Qəbələ rayonunda yerləşən “Tufandağ” dağ-xizək kompleksidir. Kompleksdən verilən məlumata görə, burada turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə mürəkkəb səviyyəli yollarda xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, hotel və digər xidmətlər göstərilir. Adətən dekabrın 15-dən sonraya planlaşdırılan qış turizm mövsümünün açılışı bu il havaların yağıntılı keçməsi ilə əlaqədar daha tez başlayacaq.

   Kompleksdə ümumi uzunluğu 6 kilometr olan 4 kanat xətti də turistlərin xidmətindədir. Turistlər kanat yolu ilə dağ zirvəsinə qalxaraq ecazkar təbiət panoramını, ətrafdakı çay və meşələri seyr edir, xatirə şəkli çəkdirirlər. Sonra isə xüsusi xizək yolu ilə üzüaşağı həyəcan, sürət və adrenalinlə bol yürüş başlanır.

   Ötən il qış turizm mövsümündə müxtəlif turizm şirkətləri tərəfindən “Tufandağ” kompleksinə xizəkçiliklə əlaqədar xüsusi turlar təşkil olunurdu. Bu ilçox sayda turistin cəlb olunması üçün turizm şirkətləri ilə sıx əlaqələr qurulur.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 9 dekabr.- S.9.