“Azərbaycanım - yurdum
mənim”
Zaqatala rayon Mədəniyyət mərkəzinin dəstəyi ilə rayonda məcburi köçkünlər üçün salınmış məhəllədə “Azərbaycanım - yurdum mənim” adlı ədəbi-bədii gecə təşkil edilib.
Tədbiri mədəniyyət işçisi Elçin Davudov açıq elan edib, sonra Ağdam rayonunun 152 saylı köçkün tam orta məktəbinin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Qüdrət Qırtımov çıxış edib.
Müəllim və
şagirdlərin hazırladığı şeir
kompozisiyaları təqdim olunub. Mədəniyyət mərkəzində fəaliyyət
göstərən “Kral” ansamblının
müşayiəti ilə müğənnilər Vüqar Əsədzadə, Günel
Nəbiyeva, Səxavət Qarabağlı, İlfan
Muradovun ifasında xoş
ovqat yaradan mahnılar
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Anar
İsmayılov və Şahzadə Məmmədovanın ifa etdiyi “Uzundərə” rəqs
nömrəsi də tədbirə xüsusi
rəng qatıb.
Mədəniyyət.-2016.- 9 dekabr.- S. 15.