Ölkəmizdə bütün
xalqların möhkəm dostluq ünsiyyəti
var
Lerik rayonunun Hamarat kənd klubunda orta məktəblə birgə “Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisidir” mövzusunda tədbir keçirildi.
Klubun müdiri Eldar Hümbətov mövzu ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin sülhsevər siyasəti sayəsində Azərbaycanda yaşayan azsaylı xalqlar və etnik qruplar arasında möhkəm qardaşlıq, dostluq ünsiyyəti yaranıb. Xalqlar öz ana dillərini, mədəniyyətlərini yaşadıb inkişaf etdirirlər.
Kəndin ağsaqqal ziyalısı Paşa Allahverdiyevin “Multikulturalizm Azərbaycan xalqının milli sərvətidir” mövzusunda çıxışı dinlənildi. Sakinlərdən Tərlan Heydərov, Ağalar Kərimov, Cabir Həbibov ölkəmizdəki tolerantlıq ənənələrindən söz açdılar.
Çıxışlardan sonra məktəblilər bədii kompozisiya təqdim etdilər.
* * *
Rayonun Bradi kənd klubunda şair, ziyalı Muradəli Hüseynov ilə gənclərin görüşü keçirildi. “Ürəkdən bağlanaq doğma torpağa” mövzulu tədbirdə çıxış edən Hamarat kənd tam orta məktəbinin müəllimi Həsənağa Suvarov şairin ömür yolundan və yaradıcılığından danışdı.
Sonra söz Murad müəllimə verildi. O, gənclərə
Vətəni sevməyi,
dövlətinə, xalqına
sədaqətli olmağı,
faydalı işlər
görməyi tövsiyə
etdi. Müəllifin oxuduğu “Azərbaycan”, “Sevinclə yaşayaq” və s. şeirləri maraqla qarşılandı.
Zəfər Orucoğlu
Mədəniyyət.-2016.- 9 dekabr.- S. 15.