“Gənclərə dəstək” layihəsinin
musiqi axşamları
Dekabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Gənclərə dəstək” layihəsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında “Gələcəyin ulduzları” adlı konsert proqramı təqdim olunacaq.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsertdə Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdləri tərəfindən xalq və bəstəkar mahnıları səsləndiriləcək.
Dekabrın 27-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin yekun konsert proqramı təşkil olunacaq.
Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə çıxış edəcək. Musiqili gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.3.