Xalça Muzeyində növbəti ustad dərsləri
Dekabrın 9-dan 14-dək Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində növbəti ustad dərsləri keçirilir.
Muzeydən bildirilib ki, ustad dərsləri özbək mütəxəssis
Madina Kasımbayeva tərəfindən
aparılır. Unudulmaqda olan
tikmələrin dirçəlməsi üzrə ustad dərsləri “Azərbaycanın mədəni
sərvəti” layihəsinin bir
proqramıdır. Proqram UNESCO üzrə
Azərbaycan Respublikasının Milli
Komissiyası və Azərbaycan Xalça
Muzeyinin birgə təşkilatçılığı
ilə həyata keçirilir.
Mədəniyyət.- 2016.- 14
dekabr.- S.3.