“Türkologiyanın bu günü və gələcəyi”

 

   Dekabrın 9-da Türkiyənin Hacettepe Universitetində I Bakı Türkoloji Qurultayının 90 illiyi münasibətilə “Türkologiyanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.

   Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda “I Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolumövzusunda məruzə ilə çıxış edib.

   O, çıxışında qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında geniş bilgi verib. Konfransda professor Emine Yılmaz “1926-cı il Bakı Türkoloji Qurultayından 90 il sonra Altayistika nəzəriyyəsi”, Nadejda Özakdağ “I Bakı Türkoloji Qurultayı və Qaqauz türkcəsində əlifba və orfoqrafiya problemləri” mövzularında çıxış ediblər.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 14 dekabr.- S.4.